Məxfilik Siyasəti
Bu siyasət OlympIQ veb saytına və OlympIQ mobil tətbiqinə (iOS və Android) aiddir.
OlympIQ 1–11-ci sinif şagirdləri üçün təhsil məhsuludur. Uşaqların məlumatları ilə işlədiyimiz üçün qısa və dürüst olmağa çalışırıq.
- Qüvvəyə minmə tarixi
- 04.08.2026
- Son yenilənmə
- 04.08.2026
Bir baxışda
Nə edirik
- Yalnız hesabın işləməsi üçün lazım olan məlumatı toplayırıq: valideynin əlaqə məlumatları, uşağın adı, məktəbi, sinfi və məşq nəticələri.
- Uşağın hesabını valideyn yaradır və idarə edir. Uşaq özü qeydiyyatdan keçə bilmir.
- Valideyn istənilən vaxt tətbiqin içindən bütün ailə hesabını silə bilər.
Nə etmirik
- Reklam yoxdur. Tətbiqdə heç bir reklam şəbəkəsi və ya reklam SDK-sı yoxdur.
- İzləmə yoxdur. Nə mobil tətbiqdə, nə də veb saytda analitika, atribusiya və ya çökmə hesabatı toplayan üçüncü tərəf aləti quraşdırılmayıb. Reklam identifikatoru (IDFA, Android Advertising ID) heç vaxt oxunmur.
- Məlumatları satmırıq, icarəyə vermirik, mübadilə etmirik və marketinq məqsədi ilə heç kimə ötürmürük.
- Məkanınızı, kameranızı, kontaktlarınızı və mikrofonunuzu istəmirik.
- Uşaq davranışına görə reklam profili qurmuruq.
- Kart məlumatlarınızı görmürük. Mobil tətbiqdə alış prosesi yoxdur — alış yalnız veb saytda həyata keçirilir.
Biz kimik və bizimlə necə əlaqə saxlamaq olar
- Məhsul
- OlympIQ — 1–11-ci siniflər üçün olimpiada və imtahan hazırlığı platforması
- Layihəni həyata keçirən
- Kamil Piriyev (VÖEN: 6300091352) və tərəfdaşları
- Hüquqi ünvan
- Azərbaycan Respublikası, Lerik rayonu, Peştətük kəndi
- Dəstək e-poçtu
- support@olympiq.ai
- Telefon
- dəqiqləşdirilir
- Veb sayt
- olympiq.ai
- Məxfilik sorğuları üçün ünvan
- support@olympiq.ai
Məlumatlarınızla bağlı hər hansı sual, şikayət və ya silinmə tələbi üçün yuxarıdakı e-poçt ünvanına yazın.
Ailə hesabı modeli
OlympIQ-də hesab modeli adi tətbiqlərdən fərqlidir və bu, məhz uşaq təhlükəsizliyi üçün belə qurulub.
- Yalnız valideyn qeydiyyatdan keçir — e-poçt və parol ilə.
- Uşaq heç vaxt özü qeydiyyatdan keçə bilmir. Nə vebdə, nə də mobil tətbiqdə uşaq üçün qeydiyyat yolu yoxdur. Bu, dizayn qərarıdır və serverdə tətbiq olunur.
- Uşağın profilini valideyn yaradır və uşaq haqqındakı bütün məlumatı (ad, soyad, şəhər, rayon, məktəb, sinif) valideyn özü daxil edir.
- Uşağın e-poçt ünvanı yoxdur. Sistem daxilində uşağın giriş qeydi üçün poçt qəbul etməyən texniki bir ünvan istifadə olunur; uşaq onu görmür və ondan istifadə etmir.
- Uşaq 8 rəqəmli nömrə ilə daxil olur. Bu nömrəni server verir, parolu isə valideyn təyin edir.
- Uşaq heç nə ala bilmir. Bu, serverdə tətbiq olunur, sadəcə interfeysdə gizlədilmir.
- Uşaq heç nə silə bilmir. Hesabın sahibi valideyndir; silmə səlahiyyəti də ondadır.
Nəticə: uşaq haqqındakı məlumatın hansı həcmdə mövcud olacağına valideyn qərar verir və istənilən vaxt onu tamamilə silə bilər.
Hansı məlumatları toplayırıq
Valideyn hesabı
| Məlumat | Məcburidir? | Niyə toplayırıq |
|---|---|---|
| Ad (görünən ad) | Bəli | Hesabı tanımaq və tətbiqdə sizə müraciət etmək üçün |
| E-poçt ünvanı | Bəli | Giriş açarı; parolun bərpası; hesabla bağlı bildirişlər |
| Telefon nömrəsi (beynəlxalq formatda) | Bəli | Hesabla bağlı əlaqə və hesabın bərpası üçün. SMS göndərmirik — SMS funksiyası məhsulda ümumiyyətlə mövcud deyil |
| Parol | Bəli | Giriş üçün. Parolu biz saxlamırıq: o, yalnız autentifikasiya xidmətimizdə şifrələnmiş (hash) formada saxlanılır və heç kim onu geri oxuya bilmir |
| İnterfeys dili (az / en / ru) | Xeyr | Tətbiqi sizin dilinizdə göstərmək üçün |
| Profil şəkli (avatar) | Xeyr | Yalnız görünüş üçün. Bu fayl açıq saxlanc bölməsinə yüklənir — «Avatar şəkilləri» hissəsinə baxın |
| Bildiriş tənzimləmələri | Xeyr | Hansı kanaldan bildiriş almaq istədiyinizi yadda saxlamaq üçün |
| Bəyəndiyiniz xəbərlər | Xeyr | Xəbər məqaləsinə qoyduğunuz bəyənmə qeyd olunur |
Valideyn tətbiq daxilində adını, telefonunu, parolunu və avatarını dəyişə bilər. E-poçt ünvanını tətbiq daxilində dəyişmək mümkün deyil — bunun üçün bizimlə əlaqə saxlayın.
Uşaq (şagird) profili — məlumatı valideyn daxil edir
| Məlumat | Məcburidir? | Niyə toplayırıq |
|---|---|---|
| Ad və soyad | Bəli | Tətbiqdə uşağa müraciət etmək üçün; reytinq cədvəlində «Ad S.» formatında göstərilir |
Uşaqların məlumatları
Bu bölmə OlympIQ-in uşaq məxfiliyi siyasətidir. Uşaqlar üçün nəzərdə tutulmuş məhsul olduğumuza görə onu ayrıca yazırıq ki, valideyn hər şeyi bir yerdə görsün.
Uşaq haqqında nə saxlanılır
Yuxarıdakı «Uşaq profili» cədvəlindəki hər şey: ad, soyad, şəhər, rayon, məktəb, sinif, 8 rəqəmli giriş nömrəsi, seçilmiş avatar və görünüş, məşq nəticələri (cavablar, ballar, faizlər, seriyalar, aktiv günlər, reytinq mövqeyi).
Uşaq haqqında toplamadığımız məlumatlar: doğum tarixi, e-poçt, telefon nömrəsi, ev ünvanı, məkan, sağlamlıq məlumatı, maliyyə məlumatı, kontaktlar, brauzer tarixçəsi, reklam identifikatorları və avadanlıq identifikatorları.
Uşaq məlumatı ilə nə etmirik
- Uşağa reklam göstərmirik və reklam üçün profil qurmuruq.
- Uşağın davranışını başqa tətbiq və saytlarda izləmirik.
- Uşaq məlumatını satmırıq, icarəyə vermirik və marketinq üçün heç kimə vermirik.
- Uşağın yazdığı heç bir mətni dərc etmirik — yeganə istisna onun öz adı və soyadıdır: şagird bunları özü dəyişə bilir və reytinq cədvəlində «Ad S.» formatında məhz bu ad görünür. Bundan başqa uşağın digər istifadəçilərə göstərə biləcəyi sərbəst mətn yoxdur.
- Tətbiqdə çat, mesajlaşma, şərh və forum yoxdur. Uşaq başqa istifadəçi ilə ünsiyyət qura bilmir.
- Uşağı heç nə almağa təşviq etmirik. Şagird sessiyasında qiymət, ödəniş üsulu və alış düyməsi göstərilmir.
Reytinq cədvəllərində nə görünür
Bu, valideynin bilməli olduğu ən vacib məqamlardan biridir. İki fərqli reytinq cədvəli var.
1) Tətbiq daxilindəki reytinq — yalnız hesabı olan istifadəçilər görür
Sistemə daxil olmuş istənilən valideyn və istənilən şagird reytinqdə olan hər uşaq haqqında bunları görür:
| Göstərilir | Nümunə |
|---|---|
| Ad və soyadın ilk hərfi | Aysel M. |
| Şəhər | Bakı |
| Rayon | Nəsimi |
| Məktəbin adı | 142 nömrəli tam orta məktəb |
| Sinif | 7 |
| Nəticə göstəriciləri |
Məlumatları nə üçün istifadə edirik
İstifadə edirik
- Hesabı yaratmaq, girişi təmin etmək və hesabın təhlükəsizliyini qorumaq.
- Uşağın sinfinə və məktəb rübünə uyğun sualları seçmək.
- Cavabları qiymətləndirmək, bal, faiz, seriya və irəliləyiş statistikasını hesablamaq.
- Valideynə uşağın irəliləyişi haqqında hesabat göstərmək.
- Reytinq cədvəllərini formalaşdırmaq.
- Bildiriş göndərmək (yeni raund, nəticə, seriya, xəbər, hesabla bağlı məlumat).
- Sui-istifadənin, avtomatlaşdırılmış hücumların və parol seçmə cəhdlərinin qarşısını almaq.
- Sizə dəstək göstərmək və sorğularınıza cavab vermək.
- Ailənin hansı fənlərə və olimpiada paketlərinə çıxışının olduğunu müəyyən etmək.
- Qanunla tələb olunan hallarda hüquqi öhdəliklərimizi yerinə yetirmək.
İstifadə etmirik
- Reklam göstərmək və ya reklam profili qurmaq üçün.
- Sizi və ya uşağınızı başqa tətbiq və saytlarda izləmək üçün.
- Məlumatı satmaq, icarəyə vermək və ya reklam brokerlərinə vermək üçün.
- Kredit, sığorta, işə qəbul və bu kimi qərarlar üçün.
- Uşağa qarşı hüquqi nəticə doğuran avtomatik qərarlar qəbul etmək üçün.
- Üçüncü tərəflərin reklam və ya profilləşdirmə sistemlərini öyrətmək üçün.
Məlumatı kimlərlə bölüşürük
OlympIQ daxilində kimin çıxışı var
Dürüst olmaq üçün bunu da yazırıq: OlympIQ-in səlahiyyətli administratorları və kontent menecerləri daxili idarəetmə panelində hesab və təlim məlumatlarına baxa bilər — xidmətin işləməsi, kontentin idarə olunması və dəstək sorğularına cavab vermək üçün. Çıxış rola görə məhdudlaşdırılıb: verilənlər bazasında sətir səviyyəsində təhlükəsizlik (RLS) tətbiq olunur və hər daxili rol yalnız öz işi üçün lazım olan icazələrə malikdir. Administratorların hesablar və kontent üzərində əməliyyatları audit jurnalına yazılır.
Məlumatlarınızı satmırıq. Aşağıdakı xidmət təminatçıları xidmətin işləməsi üçün lazımdır və hər biri yalnız öz funksiyası üçün lazım olanı alır:
| Xidmət təminatçısı | Rolu | Nə alır | Status |
|---|---|---|---|
| Supabase | Verilənlər bazası, autentifikasiya, fayl saxlancı | Bütün məhsul məlumatları, şifrələnmiş kanal üzərindən | Aktiv |
| Vercel | Veb saytın hostinqi | Standart server sorğu jurnalları (IP, brauzerin identifikasiya sətri) | Aktiv |
| Expo / EAS | Mobil tətbiqin yenilənməsi və push bildirişlərinin ötürülməsi | Tətbiq açılanda yeniləmə yoxlaması: tətbiqin versiyası, platforma, quraşdırmaya aid anonim identifikator və IP ünvanınız; push aktiv olduqda — push nişanı | Yeniləmə yoxlaması aktiv |
| Apple (APNs) | iOS-da push çatdırılması | Yalnız push aktiv olduqda — standart push ötürülməsi | Push aktivləşənə qədər heç nə almır |
| Google (FCM) | Android-də push çatdırılması | Yalnız push aktiv olduqda — standart push ötürülməsi | Push aktivləşənə qədər heç nə almır |
| Google Fonts | Veb saytın bəzi səhifələrində şrift | Brauzerinizin IP ünvanı və identifikasiya sətri | Aktiv (yalnız veb; mobil tətbiqdə yoxdur) |
| Google Maps |
Ödənişlər
- Mobil tətbiqdə alışı tamamlamaq mümkün deyil: kart formu, kart məlumatlarının daxil edilməsi və ödəniş addımı tətbiqdə mövcud deyil.
- Ödənişlər yalnız veb saytda, brauzerdə və Azərbaycan manatı ilə həyata keçirilir.
- Ödəniş bankın öz səhifəsinə tam yönləndirmə ilə aparılacaq. Kart nömrəsi, CVV və digər kart məlumatları heç vaxt OlympIQ serverlərinə düşməyəcək və bizdə saxlanılmayacaq.
- Verilənlər bazasında ödənişlə bağlı yalnız məbləğ, valyuta, status və təminatçının əməliyyat nömrəsi qeyd olunacaq.
Hazırkı vəziyyət: platformada ödənişlər söndürülüb və hələ heç bir ödəniş təminatçısı inteqrasiya olunmayıb. Ödənişlər söndürülü olduğu müddətdə mobil tətbiqin heç bir yerində qiymət göstərilmir.
Məlumatların saxlanması və silinməsi
Hesab aktiv olduğu müddətdə
Hesab məlumatları və məşq nəticələri hesab açıq qaldığı müddətdə saxlanılır — çünki bunlar məhsulun özüdür: irəliləyiş qrafikləri, seriyalar və reytinq məhz bu məlumatlar üzərində qurulur.
Oxunmuş bildirişlər avtomatik olaraq silinir — hazırda 180 gündən sonra; hər istifadəçinin bildiriş qutusu isə hazırda 500 elementlə məhdudlaşdırılır. Bu iki rəqəm platforma tənzimləməsidir və dəyişdirilə bilər.
- Məşq nəticələri, audit jurnalı və giriş cəhdləri üçün saxlanma müddəti
- dəqiqləşdirilir
Hesabı necə silmək olar
Mobil tətbiqdə və ya veb saytda: valideyn kimi daxil olun, yuxarıdakı avatara toxunun, «Profil» səhifəsini açın, ən aşağıda «Təhlükəli zona» hissəsinə enin və «Hesabı sil» düyməsini seçin. İki mərhələli təsdiq tələb olunur.
Bu əməliyyat dərhal icra olunur və geri qaytarıla bilmir. Texniki nasazlıq səbəbindən proses yarımçıq qalarsa, yuxarıdakı ünvana yazın — silinməni əl ilə tamamlayacağıq.
Silinmə zamanı nə silinir
Valideyn hesabı silindikdə aşağıdakıların hamısı silinir:
- valideyn profili və giriş qeydi;
- onun yaratdığı bütün uşaq profilləri və onların giriş qeydləri;
- 8 rəqəmli nömrələr və onların qeydiyyatı;
- bütün cəhdlər, cavablar, ballar, faizlər, seriyalar, aktiv günlər və nailiyyətlər;
- reytinq yazıları və artıq görülmüş olimpiada suallarının qeydi;
- abunəliklər, çıxış hüquqları, endirim və promokod qeydləri;
- bildirişlər, bildiriş tənzimləmələri və push nişanları;
- bəyəndiyiniz xəbərlərin qeydi.
Silinmədən sonra nə qalır
Aşağıdakılar qəsdən saxlanılır və ya texniki səbəbdən qalır:
| Nə qalır | Niyə | Şəxsi məlumat qalırmı? |
|---|---|---|
| Ödəniş və alış qeydləri | Mühasibat və vergi öhdəlikləri | Adsızlaşdırılır: şəxsə keçid silinir, yalnız məbləğ, valyuta, status və tarix qalır |
| Hesabla bağlı əməliyyatların audit yazıları (qeydiyyat, uşaq profilinin yaradılması, parol sıfırlamaları, abunəlik və alış hadisələri, həmçinin silinmənin özü) |
Təhlükəsizlik
Aşağıdakılar həqiqətən tətbiq olunur:
- Bütün trafik şifrələnir (HTTPS/TLS). Veb saytda HSTS aktivdir; iOS tətbiqində şifrələnməmiş bağlantılar tamamilə qadağandır.
- Parolları biz saxlamırıq. Həm valideyn, həm də uşaq parolları yalnız autentifikasiya xidmətimizdə şifrələnmiş (hash) formada saxlanılır. Bizim verilənlər bazamızda parol sütunu yoxdur.
- Verilənlər bazasında sətir səviyyəsində təhlükəsizlik (RLS) tətbiq olunub: şagird yalnız öz qeydini, valideyn isə yalnız öz uşaqlarının qeydlərini görə bilir.
- Mobil tətbiqdə heç bir imtiyazlı açar yoxdur. İmtiyazlı əməliyyatlar yalnız serverdə icra olunur.
- Sessiya açarları cihazın öz qorunan yaddaşında saxlanılır (iOS Keychain / Android Keystore) — adi fayl və ya açıq yaddaşda deyil.
- Uşağın girişi bloklanır: 15 dəqiqə ərzində 8 uğursuz cəhddən sonra həmin nömrə müvəqqəti kilidlənir. IP ünvanı xam şəkildə deyil, şifrələnmiş iz kimi yazılır.
- Valideyn üçün giriş, qeydiyyat və parol bərpası səhifələri sorğu tezliyinə görə məhdudlaşdırılır.
- Yüklənən şəkillər faylın adına deyil, faylın həqiqi məzmununa görə yoxlanılır. İcazə verilən formatlar: PNG, JPEG və WebP; GIF yalnız valideynin öz avatarı üçün qəbul edilir, uşağın fotosu üçün isə — fotonu kim yükləməsindən asılı olmayaraq — qəbul edilmir. Maksimum ölçü 2 MB. SVG tamamilə qadağandır.
- Barmaq izi və üz ilə kilid: cihazınız bizə yalnız «təsdiqləndi» və ya «təsdiqlənmədi» cavabını qaytarır. Biometrik məlumat heç vaxt cihazdan çıxmır və bizə ötürülmür — biz yalnız kilidin açıq və ya bağlı olduğunu yadda saxlayırıq.
- Administrator əməliyyatları jurnala yazılır.
Bununla belə, dürüst olmaq lazımdır: internetdə heç bir sistem 100% təhlükəsiz deyil. Biz ağlabatan texniki və təşkilati tədbirləri görürük, lakin mütləq təhlükəsizliyə zəmanət verə bilmərik. Parolunuzu heç kimlə paylaşmayın.
Sizin hüquqlarınız və onlardan necə istifadə etmək olar
| Nə etmək istəyirsiniz | Necə |
|---|---|
| Valideynin adını, telefonunu, parolunu və ya avatarını dəyişmək | Tətbiqdə: profil səhifəsi |
| Valideynin e-poçtunu dəyişmək | Tətbiqdə mümkün deyil — bizə yazın |
| Uşağın adını, soyadını, şəhərini, rayonunu, məktəbini və ya sinfini dəyişmək | Tətbiqdə: valideyn, sonra «Uşağı redaktə et» |
| Uşağın parolunu sıfırlamaq | Tətbiqdə: valideyn, sonra «Uşağı redaktə et» |
| Uşağın avatarını dəyişmək və ya silmək | Tətbiqdə: valideyn və ya şagird profili |
| Bildirişləri söndürmək | Tətbiqdəki bildiriş tənzimləmələri; həmçinin cihazın sistem parametrləri |
| Bir uşağı silmək | Veb saytda: valideyn paneli |
| Bütün ailə hesabını silmək | Tətbiqdə və veb saytda: profil, sonra «Təhlükəli zona» |
| Məlumatların nüsxəsini almaq | Bizə yazın |
| Şikayət etmək və ya sual vermək | Bizə yazın |
Yaşadığınız ölkənin qanunvericiliyindən asılı olaraq əlavə hüquqlarınız ola bilər.
Cihaz icazələri
| İcazə | Nə vaxt istənilir | Nə üçün |
|---|---|---|
| Foto kitabxanası | Yalnız siz «avatarı dəyiş» düyməsinə basdıqda | Profil şəkli seçmək üçün. Hazır avatarlar defolt seçimdir — foto yükləmək məcburi deyil |
| Bildirişlər | Yalnız sistemə daxil olduqdan sonra və yalnız funksiya aktiv olduqda | Yeni raund, nəticə, seriya və hesabla bağlı bildirişlər üçün. Reklam üçün heç vaxt. İmtina etsəniz, bir daha soruşulmur |
| Barmaq izi / Face ID | Yalnız siz tətbiq kilidini özünüz aktivləşdirdikdə | Tətbiqi parol yazmadan açmaq üçün. Kilidi həm açmaq, həm də bağlamaq üçün təsdiq tələb olunur |
Sizdən heç vaxt istəmirik: kamera, məkan, kontaktlar, mikrofon, təqvim, sağlamlıq məlumatı, Bluetooth və izləmə icazəsi (App Tracking Transparency). Tətbiq kameranı heç vaxt açmır və şəkil çəkmək imkanı ümumiyyətlə yoxdur. Android üçün dürüst qeyd: istifadə etdiyimiz foto seçimi komponenti öz manifestində kamera və yaddaş icazələrini elan edir, buna görə telefonun «Tətbiq haqqında» siyahısında onları görə bilərsiniz — tətbiq bu icazələrdən istifadə etmir və sizə kamera sorğusu göstərmir.
Bu siyasətdə dəyişikliklər
Siyasəti yeniləyə bilərik. Yenilədikdə yuxarıdakı «Son yenilənmə» tarixini dəyişəcəyik. Əhəmiyyətli dəyişiklik olarsa, tətbiq daxilində və ya e-poçt vasitəsilə xəbərdarlıq edəcəyik. Dəyişiklik qüvvəyə mindikdən sonra xidmətdən istifadəni davam etdirməyiniz yenilənmiş siyasəti qəbul etdiyiniz anlamına gəlir.
- Suallarınız üçün
- support@olympiq.ai